İlham Əliyevdən İrana sual: “Niyə 30 illik əsarət və işğala son qoyandan sonra edilir?” | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyevdən İrana sual: “Niyə 30 illik əsarət və işğala son qoyandan sonra edilir?”

Qafar Ağayev16:17 - 27 / 09 / 2021
İlham Əliyevdən İrana sual: “Niyə 30 illik əsarət və işğala son qoyandan sonra edilir?”

Prezident İranın Azərbaycan sərhədlərinə yaxın ərazidə hərbi təlimlər keçirməsindən də təəssüfünü ifadə edib.


Turkustan.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində işğalı altında olan ərazilərin qaytarılması ilə nəticələnən 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük müharibənin ildönümü ilə bağlı fikirlərini bölüşüb.

Prezident İranın Azərbaycan sərhədlərinə yaxın ərazidə hərbi təlimlər keçirməsindən də təəssüfünü ifadə edib: “Sərhədimizin yaxınlığında keçirilən hərbi təlimə gəlincə, bu, çox təəccüblü hadisədir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr baş vermədi. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu onun suveren hüququdur. Bunun üçün heç kim danışa bilməz. Ancaq bunu bir zaman aralığında təhlil edərkən, bunun heç vaxt baş vermədiyini görürük. Niyə indi və niyə sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti soruşur. Bu sualı bütün dünyadakı azərbaycanlılar verir. İşğal dövründə o bölgədə niyə heç bir təlim keçirilmədiyi də sual olunur. Niyə ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olarkən təlimlər keçirilmədi? Niyə bu torpaqları azad etdikdən və 30 illik əsarət və işğala son qoyandan sonra edilir? Bu suallar qanuni suallardır. Təbii ki, bölgədəki uzunmüddətli əməkdaşlığa xələl gətirəcək heç bir şeyin olmasını istəmirik. Bir daha demək istəyirəm ki, Azərbaycan burada da çox məsuliyyətli və ölçülü davranır. Ümid edirəm ki, qanuni addımlarımıza olan emosional reaksiyalar müvəqqətidir”.

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər