Rusiyalı ekspert: "Qarabağ müharibəsinin nəticələri yeni əməkdaşlıq imkanları açır"
"İkinci Qarabağ müharibəsinin nəticələri əməkdaşlıq üçün yeni imkanlar açır. Azərbaycan bu baxımdan mühüm əlaqələndirici halqadır".
1news.az xəbər verir ki, bunu “Report”a Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Baş elmi işçisi Stanislav Pritçin Azərbaycan, İran, Rusiya üçtərəfli əməkdaşlıq məsələsinə münasibət bildirərkən deyib.
Onun fikrincə, hazırda adıçəkilən ölkələr arasında əməkdaşlıq uğurla inkişaf edir: “Üçtərəfli əməkdaşlıq çərçivəsində icra olunan başlıca layihələrdən Şimal-Cənub nəqliyyat dəhlizi göstərilə bilər. Azərbaycanın azad edilən ərazilərdə infrastrukturun inkişaf etdiriməsinə böyük səylər göstərməsi buraya sərmayə qoyuluşu üçün əsaslı perspektivlər yaradır. İndi nəqliyyat və enerji sahəsində xeyli işlər görülüb”.
1news.az