Prezident İlham Əliyev Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayırdı - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayırdı - SƏRƏNCAM

14:36 - 28 / 09 / 2021
Prezident İlham Əliyev Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sərəncama əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,4 milyon (altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

1news.az

Paylaş:
448

Son xəbərlər

Bütün xəbərlər