Moskvada Xəzərdə əməkdaşlıq mövzusunda müzakirələr aparılır | 1news.az | Xəbərlər
Siyasət

Moskvada Xəzərdə əməkdaşlıq mövzusunda müzakirələr aparılır

14:57 - 28 / 09 / 2021
Moskvada Xəzərdə əməkdaşlıq mövzusunda müzakirələr aparılır

Moskvada “Rusiya, Azərbaycan və İranın Xəzərdə əməkdaşlığı. Sənaye kooperasiyası və tranzit potensialı” mövzusunda beynəlxalq "dəyirmi masa" keçirilir.

1news.az-ın məlumatına görə bu barədə “Report”un Rusiya bürosu xəbər yayıb. Xəbərdə bildirilir ki, tədbirin təşkilatçıları “Şimal-Cənub” Politologiya Mərkəzi və “Baku Network” ekspert platformasıdır.

Tədbirdə “Xəzər beşliyi” ölkələrini təmsil edən dövlət, elmi və ictimai təşkilatların Xəzər regionu üzrə aparıcı mütəxəssisləri iştirak edirlər.

"Dəyirmi masa"nın əsas iştirakçıları arasında Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin rəhbəri Ruslan Əliyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, İran Siyasi və Beynəlxalq Tədqiqatlar İnstitutunun Prezidenti, 2013-2016-cı illərdə İranın xarici işlər nazirinin müavini olmuş Seyid Məhəmməd Kazem Səcapur, “Azad Zona" Təşkilatının sədri və baş direktoru Əli Osat, Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndələri və başqaları var.

Müzakirələrdə Azərbaycanı Rusiyadakı ticarət nümayəndəliyinin baş məsləhətçisi Namiq Xəlilov, “Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə, Beynəlxalq Enerji Siyasəti və Diplomatiya İnstitutunun direktor müavini İqbal Quliyev və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə təmsil edirlər.

Tədbir iştirakçıları dəniz və çay kommunikasiyaları, Rusiya, Azərbaycan və İranda gəmiçiliyin, habelə birgə kooperasiya layihələrinin inkişafı, Xəzər regionu ölkələrində gəmi rabitəsinin inkişafı perspektivləri, yeni turizm marşrutlarının açılması məsələlərini müzakirə edəcəklər.

Paylaş:
282

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər