“Cocuq Mərcanlıda Gövhərağa məscidinin bənzərini inşa etməyimiz rəmzi məna daşıyır”
Cocuq Mərcanlıda olarkən demişdim ki, bu gün Şuşa məscidinin – Gövhərağa məscidinin bənzərini biz burada inşa etmişik, bu, rəmzi məna daşıyır. Şuşa işğaldan azad olunandan sonra ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Üç il keçəndən sonra artıq bu sözlər həyatda öz yerini tapmışdır.
1news.az xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Dövlətimizin başçısı deyib ki, o vaxt Cocuq Mərcanlıda 150 evdən ibarət mərhələli yollarla qəsəbə salındı, məktəb tikildi, tibb məntəqəsi. Şuşa məscidinin bənzəri olan məscid inşa edildi, iş yerləri üçün imkanlar yarandı.
377