Azərbaycan Virtual Qlobal Parlamentlərarası Forumda təmsil olunacaq | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Virtual Qlobal Parlamentlərarası Forumda təmsil olunacaq

Qafar Ağayev15:31 - 06 / 10 / 2021
Azərbaycan Virtual Qlobal Parlamentlərarası Forumda təmsil olunacaq

Oktyabrın 6-da Virtual Qlobal Parlamentlərarası Forum öz işinə başlayır.

1news.az xəbər verir ki, forumda ölkəmizi Millli Məclisin depuatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev təmsil edəcəkdir.

Forumun ikinci günündə iqlim dəyişikliyinə həsr olunacaq sessiyada Məzahir Əfəndiyevin çıxışı nəzərdə tutulur.

Dünya Bankı və Beynəlxalq Vayuta Fondu üzrə Parlament Şəbəkəsinin Dünya Bankı Qrupu və BVF ilə birgə təşkil etdiyi Forum COVİD-19 ilə mübarizə və pandemiyanın yaratdığı mənfi təsirlərlə yanaşı, dünyada artmaqda olan bərabərsizlik və milyonlarla insanı yoxsulluğa sürükləyən təbii fəlakətlərlə bağlı müzakirələrə həsr olunacaq.

4 gün davam edəcək tədbir dünyanın müxtəlif ölkələrindən olan deputatların Dünya Bankı və BVF rəhbərliyi ilə inkişaf və qlobal iqtisadi mövzularda birbaşa dialoq aparması üçün mühüm bir platformadır.

Bu platformada parlament üzvləri postpandemiya dövründə dayanıqlı və inklüziv strategiyaların təbliğ olunması üçün öz təcrübələrini bölüşəcək, eyni zamanda dörd gün ərzində davam edən virtual sessiyalarda, qlobal sağlamlıq prioritetlərinə, ətraf mühitə, özəl sektorun daha yaxşı və daha əhatəli cəmiyyətin qurulmasında roluna xüsusi diqqət yetirərək ictimai siyasəti müzakirə etmək imkanı əldə etmiş olacaqlar.

Paylaş:
386

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər