İlham Əliyev: “Azərbaycanda nəqliyyat infrastrukturu şəbəkəsinin bütün vacib elementləri tamamlanıb”
Avropa Komissiyasının bizim nəqliyyat sektorumuza böyük əhəmiyyət verməsi məni çox qane edir.
1news.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbərinin etimadnaməsini qəbul edərkən deyib.
Dövlətimizin başçısı qeyd edib ki, nəqliyyat sektoru təkcə iqtisadi, nəqliyyat sahəsində əməkdaşlıq baxımından deyil, həm də ümumilikdə regionda sabitlik və təhlükəsizlik baxımından həqiqətən də çox ümidverici sahə ola bilər.
“Azərbaycanda nəqliyyat infrastrukturu şəbəkəsinin bütün vacib elementlərini tamamlamışıq və biz hazırıq, artıq bu potensialdan istifadə edirik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
432