Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının konfransında iştirak edib
Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının iqlim dəyişikliyinin mediada işıqlandırılmasına həsr olunmuş onlayn konfransında iştirak edib.
Şuradan 1news.az-a bildirilib ki, bu mövzudakı müzakirələrdə iştirak edən Ə.Amaşov bildirib ki, Azərbaycanda jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması oistiqamətində işlər aparılıb. Bu layihə çərçivəsində nəşr edilən vəsait çap, elektron media və teleradio jurnalistləri, həmçinin ali məktəblərin jurnalistika fakültələrində təhsil alan tələbə-gənclər, vətəndaş cəmiyyətləri, təhsil müəssisələri üçün nəzərdə tutulmuşdu. Qeyd edilən fəaliyyətin reallaşmasında Azərbaycan Mətbuat Şurası da bilavasitə iştirak etmişdi.
Müzakirələr gedişində MŞ-nin mövcud istiqamətdəki təcrübəsinin əsas götürülərək Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının xəttilə geniş beynəlxalq toplantının təşkilinin mümkünlüyü vurğulanıb.
Tədbirdə həmçinin bildirilib ki, iqlim dəyişikliklərinin mediada işəqlandırılmasının həsas məqamları jurnalist ictimaiyyəti içərisində də ciddi müzakirə olunmalıdır. Çünki məsələnin cəmiyyətə çatdırılmasında xarakterik xüsusisyyətlər var. Bu xüsusiyyətlərin dolğunluğu ilə öyrənilməsi isə həm peşəkarlıqdır, həm də ictimai maraqların ödənilməsi.