Avropa Xəbər Agentlikləri Alyansının “Xəbər sahəsində müxtəliflik və gender” mövzusunda payız konfransı keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Avropa Xəbər Agentlikləri Alyansının “Xəbər sahəsində müxtəliflik və gender” mövzusunda payız konfransı keçirilib - FOTO

11:43 - 08 / 10 / 2021
Avropa Xəbər Agentlikləri Alyansının “Xəbər sahəsində müxtəliflik və gender” mövzusunda payız konfransı keçirilib - FOTO

Oktyabrın 7-də Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Avstriyanın paytaxtı Vyanada payız konfransı keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, konfrans xəbər agentliklərində müxtəliflik və gender məsələlərinə həsr edilib. Tədbirdə AZƏRTAC da daxil olmaqla, EANA-ya üzv olan “Reuters”, “Press Association” (Böyük Britaniya), “France Press” (Fransa), TASS (Rusiya), Anadolu (Türkiyə), EFE (İspaniya), BTA (Bolqarıstan), APA (Avstriya), DPA (Almaniya) və digər agentliklərin nümayəndələri iştirak ediblər.

Konfransın təşkilatçısı olan APA agentliyinin rəhbəri Klemens Piq, EANA-nın və Almaniyanın DPA agentliyinin prezidenti Piter Kropş açılış zamanı qeyd ediblər ki, müxtəliflik, gender bərabərliyi cəmiyyətin bütün sahələrində olduğu kimi, mediada da önəmli məsələlərdən biridir. Onların fikrincə, müxtəliflik prinsipindən düzgün istifadə media qurumlarının fəaliyyətinə müsbət təsir göstərə bilər.

"Human Kapital" konsaltinq şirkətinin meneceri Eva-Maria Burger bildirib ki, kadrların işə qəbulunda müxtəliflik amili bir sıra sosial prinsiplər nəzərə alındıqda səmərəli olur. O deyib ki, internet əsrinin irsi olan Z nəslinin özünəməxsus davranış qaydaları və düşüncə tərzi var. Buna görə də daha əvvəlki nəslin nümayəndələri olan menecerlər onlarla işləmək və onların potensialından düzgün istifadə etməyi bacarmalıdırlar.

Panel müzakirələrdə xəbər agentliklərinin qadın rəhbərləri menecerlik təcrübələrini bölüşüblər, rastlaşdıqları stereotiplərdən danışıblar. Müxtəlif agentliklərdə qadınların tutduğu mövqelər barədə nümunələr göstərilib.

Konfransda, həmçinin APA agentliyinin fəaliyyəti ilə bağlı təqdimat keçirilib.

1news.az

Paylaş:
300

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər