“Prezidentin təşəbbüsü Azərbaycanın dünyada böyük çəkiyə malik olmasını təsdiqlədi” - Deputat | 1news.az | Xəbərlər
Siyasət

“Prezidentin təşəbbüsü Azərbaycanın dünyada böyük çəkiyə malik olmasını təsdiqlədi” - Deputat

13:27 - 12 / 10 / 2021
“Prezidentin təşəbbüsü Azərbaycanın dünyada böyük çəkiyə malik olmasını təsdiqlədi” - Deputat

“Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprel ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, may ayında isə Qoşulmama Hərəkatına üzv dövlətlərin Təmas qrupunun videoformatda keçirilən Zirvə görüşləri məhz milli, regional və qlobal səviyyələrdə pandemiyaya qarşı səylərin birləşdirilməsi, bu sahədə təcrübə mübadiləsi məsələlərini özündə ehtiva edib”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirdi:

“Sonuncu tədbirdə dövlətimizin rəhbəri qlobal təhdid mənbəyinə-COVİD-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi mənafeyinə xidmət edən unukal təşəbbüslə - BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması təklifi ilə çıxış etdi. Cənab prezidentin bu təşəbbüsü ötən ilin may ayında Nyu-Yorkda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunda müzakirə olunaraq yekdilliklə dəstəkləndi və Qoşulmama Hərəkatının adından BMT Baş katibinə müraciətin qəbul edilməsi qərara alındı. Bunun ardınca Prezidentimiz İlham Əliyev mayın 13-də Qoşulmama Hərəkatının sədri olaraq BMT Baş katibinə müraciət etdi. Həmin müraciət əsasında BMT Baş katibi təşkilatın Nizamnaməsinin 20-ci maddəsindən çıxış edərək mayın 28-də BMT Baş Məclisinin xüsusi sessiyanın çağırılması məqsədilə üzv dövlətlərə müraciət etdi”.

Millət vəkili bildirdi ki, BMT Nizamnaməsinin 20-ci maddəsinə əsasən 3 halda təşkilatın Baş Məclisinin xüsusi sessiyası çağrıla bilər:

“Birincisi, bunu BMT Təhlükəsizlik Şürası daimi üzvləri tələb etməlidir, ikincisi, BMT Baş Məclisinin mütləq əksəriyyət üzvləri bu tələbdə israrlı olmalıdır və nəhayət, BMT-nin üzvü olan istənilən dövlətin təşəbbüsü qurumun əksər dövlətləri tərəfindən müdafiə olunduqda haqqında bəhs olunan xüsusi sessiyanın cağrılması mümkün olur. Prosedur qaydalarına əsasən, bu müraciətin baxılma müddəti 30 gündür. Həmin müddət Azərbaycanın təşəbbüsü ilə bağlı məsələdə iyunun 27-də başa çatdı. Azərbaycan Prezidenti cənab İlham Əliyəvin bu təşəbbüsünü BMT Baş Məclisinin 150-dan çox üzvü birmənalı olaraq dəstəklədi. Həmin dövlətlər sırasında Qoşulmama Hərəkatının 120 üzvü ilə yanaşı, Avropa İttifaqının, Asiyanın, Afrikanın və Latın Amerikasının da aparıcı dövlətləri var idi. Bu unukal təşəbbüsə qarşı çıxış edən yeganə dövlət məhz işğalçı Ermənistan oldu. Bununla da Ermənistan dövləti öz mahiyyətini ortaya qoyaraq dünya miqyasında özünü rüsvay etdi. Əslidə faşizmi və terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran bir “psevdodövlət”in belə davranışı təəccüb doğurmur. Deməli, Ermənistan dünyanın yeganə ölkəsidir ki, COVİD-19-un yanında yer aldı. Onun müttəfiqi kimi çıxış etdi. Ermənistanın bu antibəşəri davranışına postpandemiya dövründə siyasi və hüquqi qiymət verilməsi məsələsi də olduqca vacibdir”.

Müsahibim əlvə etdi ki, Prezident İlham Əliyevin beynəlxalq rezonansa səbəb olan təşəbbüsü bir daha təsdiqlədi ki, Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, onun sözünün mənası və çəkisi böyükdür:

“Bu, bir həqiqətdir ki, Azərbaycan dövlətinin sözünün məna və çəkisinin dünya miqyasında böyüklüyünü şərtləndirən həledici amil onun liderinin - Prezident İlham Əliyevin həm ölkə, həm də beynəlxalq aləmdə yüksək nüfuza malik olması ilə bağlıdır. Dünyanın pandemiya tərəfindən hədəfə alındığı, təhtid olunduğu bir reallıqda hər bir dövlət və hər bir lider öz simasını nümayiş etdirir və bu çətin günlərdə Azərbaycan dövləti və onun lideri cənab İlham Əliyev sözün həqiqi mənasında bütün dövlətlər və onların liderləri üçün bir nümunədir.

Milyonları ölümlə hədələyən və bunu icra edən qlobal pandemiya şəraitində mütləq əksəriyyət insanlar düşünürdülər ki, beynəlxalq təhlükəsizliyə xüsusi cavabdehliyi olan dövlətlər, yəni BMT TŞ-nın daimi üzvləri birlikdə, ya da əlahiddə olaraq bu ümumi bəlaya qarşı beynəlxalq səylərin birləşdirilməsi məsuliyyətini üzərilərinə götürəcək və BMT Baş Məclisini xüsusi sesiyasını cağıracaqlar. Həqiqət isə budur ki, məlum təşəbbüslə BMT TŞ-nın heç bir daimi üzvü çıxış etmədi. Bu təşəbbüsü dünyanın müxtəlif qitələrinin heç bir aparıcı dövləti irəli sürmədi. Bu təşəbbüslə BMT TŞ-nın 2 il qeyri-daimi üzvü olan, 2 dəfə dünyanın ən böyük və universal təşklatının TŞ-na sədrlik etmiş Azərbaycan Respublikası və onu rəhbəri cənab İlham Əliyev çıxış edib. Əslində cənab Prezident bu unikal addımı ilə həm də BMT-nın nüfuzunun qaldırılması mənafeyinə xidmət edən bir davaranış ortaya qoyub”.

Paylaş:
589

Son xəbərlər

Bütün xəbərlər