ABŞ-ın sabiq dövlət katibi koronavirusdan vəfat edib | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın sabiq dövlət katibi koronavirusdan vəfat edib

16:47 - 18 / 10 / 2021
ABŞ-ın sabiq dövlət katibi koronavirusdan vəfat edib

ABŞ-ın sabiq dövlət katibi Kolin Pauell vəfat edib.

1news.az-ın TASS-a istinadən verdiyi məlumata görə, sabiq dövlət katibinin ölüm xəbərini ailəsi açıqlayıb.

K. Pauellin 85 yaşında koronavirusdan vəfat etdiyi bildirilir.

“ABŞ-ın sabiq dövlət katibi və ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin keçmiş sədri, general Kolin Pauell COVID-19-dan yaranmış ağırlaşma nəticəsində bu gün səhər vəfat edib”, - deyə ailənin açıqlamasında bildirilir.

Qeyd edək ki, K. Pauell 2001-2005-ci illərdə ABŞ-ın 43-cü Prezidenti oğul Corc Buşun Administrasiyasında dövlət katibi vəzifəsini tutub.

1989-1993-cü illərdə ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinə rəhbərlik edib. K. Pauell 1987-1989-cu illərdə ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqanın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi olub.

1news.az

Paylaş:
386

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər