Ceyhun Bayramov Ermənistana xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Ermənistana xəbərdarlıq edib

13:55 - 19 / 10 / 2021
Ceyhun Bayramov Ermənistana xəbərdarlıq edib

“Revanşist yanaşma və əməkdaşlıq seçimi Ermənistan hökuməti və onun xalqından asılıdır”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov slovakiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

O, Azərbaycanın əməkdaşlığa, tərəfdaşlığa yönəlmiş addımları müsbət cavablandırmağa hazır olduğunu bəyan edib.

“Azərbaycana qarşı hər hansı addımlar olarsa, təbii ki, biz buna cavab verəcəyik”, - XİN rəhbəri vurğulayıb.

C. Bayramov qeyd edib ki, Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirir.

1news.az

Paylaş:
568

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər