Ombudsman Bolqarıstandan olan nümayəndə heyətinə Ermənistanın cinayətləri barədə məlumat verib | 1news.az | Xəbərlər
Siyasət

Ombudsman Bolqarıstandan olan nümayəndə heyətinə Ermənistanın cinayətləri barədə məlumat verib

Qafar Ağayev13:21 - 25 / 10 / 2021
Ombudsman Bolqarıstandan olan nümayəndə heyətinə Ermənistanın cinayətləri barədə məlumat verib

Ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyasının rəhbəri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ombudsman Aparatında görüş keçirilib.

Ombudsman Aparatından 1news.az-a verilən məlumata görə, görüş zamanı Ombudsman Səbinə Əliyeva qonaqları salamlayaraq, iki ölkə arasında inkişaf edən qarşılıqlı əlaqələrdən, həmçinin bu yaxınlarda baş tutmuş Bolqarıstan səfərindən bəhs edib. Tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun insan hüquq və azadlıqlarının təmini istiqamətində əlaqələrin dərinləşməsinə töhfə verəcəyi bildirilib.

Görüşdə Azərbaycan Ombudsman təsisatının fəaliyyət istiqamətləri, yeni yaradılmış struktur bölmələri barədə qonaqlara ətraflı məlumat verilib.
Bununla yanaşı, Ombudsman Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilmiş beynəlxalq humanitar hüquq pozuntuları, habelə beynəlxalq ictimaiyyətin bu faktlar barədə məlumatlandırılması məqsədilə təsisatın həyata keçirdiyi araşdırma fəaliyyəti barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, müharibə dövründə 7, daha sonra isə 3 faktaraşdırıcı missiya həyata keçirilib, nəticələrlə bağlı hesabatlar hazırlanaraq müvafiq beynəlxalq təşkilatlara ünvanlanıb.

A.Cumaliyeva Azərbaycan Ombudsmanına təşəkkürünü bildirərək, ölkələr arasında inkişaf edən əlaqələrdən danışıb. O, həmçinin iki təsisat arasında qarşılıqlı təcrübə mübadiləsi aparılması barədə fikirlərini bölüşüb, ayrı-seçkiliklə mübarizə sahəsində fəaliyyəti ilə bağlı məlumat verib.
Qeyd edək ki, səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi, Ağdam və Tərtərdə insan hüquqlarının pozulması faktlarının yerində araşdırılması nəzərdə tutulub.

Paylaş:
334

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər