Noyabrda növbəti qapanma ola bilərmi? - Deputatdan vacib AÇIQLAMA | 1news.az | Xəbərlər
Siyasət

Noyabrda növbəti qapanma ola bilərmi? - Deputatdan vacib AÇIQLAMA

14:47 - 25 / 10 / 2021
Noyabrda növbəti qapanma ola bilərmi? - Deputatdan vacib AÇIQLAMA

“Azərbaycanda "Covid 19" pandemiyasına qarşı mübarizə elə ilk gündən kifayət qədər effektiv təşkil olunub. Ona görə də istər yoluxmaların ümumi sayına, istərsə də ölüm hallarının sayına görə biz əhali nisbətində olduqca yaxşı nəticə göstərən ölkələr sırasındayıq”.

Bunu 1news.az-a açıqlamasında Millət vəkili Hikmət Babaoğlu bildirdi:

“Nəzərə almaq lazımdır ki, bu nəticələr öz-özünə yox, dövlətimizin bu sahədə formalaşdırdığı siyasət və xüsusi qurum kimi Operativ Qərargahın hadisələrə vaxtında və çevik müdaxiləsi sayəsində əldə edilib. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı və digər peşəkar mərəkəzlərlə koordinasiyalı fəaliyyət göstərmək , optimal təcrübələri bölüşmək təcrübəmiz də vətəndaşlarımızın pandemiyaya qarşı təhlükəsizliklərinin təmin olunmasında xüsusi rol oynayıb .

Yəni, pandemiyayaya qrşı mübarizədə xüsusi peşəkar həkim və müalicə kontingenti formalaşdırılıb. Qapanma və məhdudiyyətlərin tətbiq edilməsi, yaxud yumşaldılması da bu peşəkar komandanın müşahidələri, analizləri və təhlilləri əsasında real vəziyyətə və elmi əsaslara uyğun olaraq aparılıb. Ona görə də sosial şəbəkələrdə ictimai fəal vətəndaşlarımızın müxtəlif çağırışları və proqnozları real vəziyyətə adekvat ola bilməz. Çünki hər hansı qərarın qəbul edilməsi üçün real statistika da, hadisələrin necə inkişaf edə biləcəyi ilə bağlı proqnozlar da yalnız vəziyyəti dərindən bilən peşəkarlardan asılıdır.

Bizim bildiyimiz isə ondan ibarətdir ki , son günlərdə pandemiyanın yayılmasında bir dinamika var və bu yaxşı tendensiya deyil . Ancaq bu vəziyyətin məhdudiyyətlərin tətbiqi üçün yetərli olması da əsalı görünmür. Çünki bundan əvvəlki mərhələdə yoluxmaların sayının dəfələrələ çox olduğu halları da müşahidə etmişik. Əsas odur ki, pandemiya ilə bağlı vəziyyət ölkəmizdə idarəolunandır. Vətəndaşlarımızın borcu isə peşəkarlara etibar etməklə peyvəndləmə və qorunma məsələsində şəxsi nümunə göstərməkdir”.

Paylaş:
636

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər