Qubadlı şəhərinin Baş planının hazırlanması üçün 500 min manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Qubadlı şəhərinin Baş planının hazırlanması üçün 500 min manat ayrılıb

16:24 - 25 / 10 / 2021
Qubadlı şəhərinin Baş planının hazırlanması üçün 500 min manat ayrılıb

Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

1news.az

Paylaş:
387

Son xəbərlər

Bütün xəbərlər