Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib

17:08 - 25 / 10 / 2021
Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib

Oktyabrın 25-də Azərbaycan Respublikasının İran İslam Respublikasına təyin olunan fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə etimadnaməsini Prezident İbrahim Rəisiyə təqdim edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, təqdimatdan sonra keçirilən görüşdə Azərbaycan ilə İran arasındakı əlaqələrin inkişafı perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
380

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər