“Biz öz liderimizlə birlikdə böyük “Zəfər yolu”na çıxmışıq” - Deputatdan AÇIQLAMA

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan bölgələrə mütəmadi səfərləri və bu səfərlər çərçivəsində vətəndaşların rifahı üçün mühüm əhəmiyyət kəsb edən obyektlərin təməlqoyma və açılış mərasimlərindəki iştirakı tarixi əhəmiyyət kəsb edir.
Təbii ki, bu erməniləri və onlarn hvadarlarını qıcıqlandırmaya bilməz. Hətta açıq-aydın şəkildə bunu biruzə də verirlər. Lakin Azərbaycan hakimiyyəti belə kiçik, ucuz məsələlərə əhəmiyyət verməyərək, Zəfər yolunda böyük layihələrə imza atmaqla, Qarabağımızı regionda söz sahibinə çevirəcək. Hazırda tikinti-quruculuq işlərinin böyük vüsət aldığı ata-baba torpaqlarımızda bir müddət sonra hər şey yenidən canlanacaq və canlanır da.
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Jalə Əliyeva bildirdi ki, biz torpaqlarımıza qayıdışımızın təsdiqini Ali Baş Komandanın timsalında bütün dünyaya bəyan edirik:
“ Bu səfərlər Azərbaycanın regionda yerinin möhkəmlənməsinin və Qarabağın şəksiz-şübhəsiz Azərbaycan torpağı olduğunu bir daha nümayiş etdirdi. Səfərlər çərçivəsində baş tutan açılışlar, təməlqoyma mərasimlərinin təşkili, Prezidentin dilindən dünayaya mesajların səsləndirilməsi, Azərbaycanın regiondakı yerinin yüksəkliyindən xəbər verir. Əlbətdə, bundan ermənilər və bu ölkənin dəyirmanın su tökənlər, ikili standartlarla çalışanlar qıcıqlanacaq, onlar Azərbaycanın uğurlarında batıb və batacaq da. Azərbaycan bu gün bütün dünyada öz nüfuzunu daha da gücləndirib. Bu gün bizim Türkiyə ilə birlikdə böyük enerji layihələrinə ev sahibliyi etməmiz, hər iki ölkənin regionda söz sahibinə çevrilməsi, bəlidir ki, erməni havadarlarını qıcıqlandırır. Azərbaycan düzgün və haqq yolundadır. Biz öz liderimizlə birlikdə böyük Zəfər yoluna çıxmışıq və bu yolda inamla addımlayırıq!”.