Hər kəs üçün əlçatan supergüc: yeni “MacBook Pro” və “AirPods” ilk alıcılarını gözləyir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hər kəs üçün əlçatan supergüc: yeni “MacBook Pro” və “AirPods” ilk alıcılarını gözləyir - FOTO

10:40 - 29 / 10 / 2021
Hər kəs üçün əlçatan supergüc: yeni “MacBook Pro” və “AirPods” ilk alıcılarını gözləyir - FOTO

Oktyabrın 18-də “Apple” şirkəti naqilsiz “AirPods” qulaqcıqlarının üçüncü nəslini və öz istehsalı olan yeni prosessorların bazasında tam yenilənmiş, təkmilləşdirilmiş displeyə və eksklüziv məhsuldarlığa malik “MacBook Pro” noutbuklarını ictimaiyyətə təqdim etdi.

“Apple” şirkətinin Azərbaycandakı rəsmi resellerləri artıq yeni məhsullar üçün erkən sifarişi açıq elan edib.

Yeni nəsil “AirPods” qulaqcıqlarının və yeni “MacBook Pro” noutbuklarının satışına noyabrın 5-də start veriləcək.

Rəsmi resellerlər yeni məhsulların sayının məhdud olduğunu bildirir və artıq bu gün saytları ilə erkən sifariş verməyi tövsiyə edirlər.

Azərbaycan: “Alma Store, “Kontakt Home”, “Irshad”, “Baku Electronics”, “MyShops”.

3-cü nəsil “AirPods” qulaqcıqları – yeni tərtibata malik sehrdir

Naqilsiz “AirPods” qulaqcıqları 2016-cı ildən sonra ilk dəfə olaraq yeni dizaynda təqdim olundu. Qulaqcıqların “ayaqları” qısaldılmış, forması isə daha yaxşı səslənmə üçün optimallaşdırılmışdır. Yeni “AirPods” qulaqcıqları “məkan səsi” rejiminə malikdir. Bu rejim kinoteatrda olduğu mükəmməl səs effekti yaradır ki, bu da səsin eyni zamanda hər tərəfdən eşidilməsi deməkdir. Əvvəllər bu funksiya yalnız “AirPods Pro” və “AirPods Max” qulaqcıqlarında var idi.

“AirPods” qulaqcıqlarının daxilində olan mikrofonları örtən xüsusi akustik şəbəkə zənglər zamanı külək səsini maksimum dərəcədə elə azaldacaq ki, həmsöhbətiniz sizi aydın və yaxşı eşidəcək. Bundan başqa, yeni “AirPods” qulaqcıqları tər və suya qarşı dayanıqlıdır, bu səbəbdən yağışa düşdükdə və ya intensiv məşqlə məşğul olduqda qulaqcıqlarınıza görə narahat olmaya bilərsiniz.

Yeni “AirPods” qulaqcıqları inanılmaz - 30 saatadək avtonom iş qabiliyyətinə malikdir! Batareya tam boşaldıqda onu cəmi 5 dəqiqə futlyara yerləşdirmək kifayətdir ki, daha 1 saatadək musiqi dinləyə biləsiniz.

“МасBook Pro” – peşəkarlara məxsus supergüc

Yeni “MacBook Pro” noutbuku milyardadək rəngi ötürən möhtəşəm “Liquid Retina XDR” displeyi, geniş portlar dəsti, qabaqcıl FaceTime HD 1080p kamerası və mövcud ən yaxşı səs sistemi ilə təchiz edilmişdir. O, tərtibatçılar, 3D-dizaynerlər, rejissorlar, fotoqraflar və ən yüksək səviyyəli supergüclü noutbuka ehtiyac duyan hər kəs üçün nəzərdə tutulub. Yeni məhsul 14 düymlük və şirkət tarixində ilk dəfə olaraq, 16 düymlük - 2 ölçüdə təqdim olunur.

İnqilabi noutbuk “Mac” üçün yaradılmış tamamilə yeni “M1 Pro” və “M1 Max” çipləri əsasında işləyir. Bu çiplər peşəkar iş üçün yaradılmış ilk çiplərdir. Yeni məhsulun erkən sifarişini artıq indidən edə bilərsiniz, satışlara isə noyabrın 5-də start veriləcək.

M1 çipi “MacBook Pro” noutbukunu inanılmaz dərəcədə sürətli və güclü edir. Noutbuk ən mürəkkəb iş proseslərinin öhdəsindən asanlıqla gəlir: məhsuldarlıq əvvəlki nəsil noutbuklardan 2,8 dəfə daha yüksəkdir. Enerji sərfiyyatı isə daha azdır. M1-də qrafik prosessor “Apple” tarixinin ən qabaqcıl prosessorudur. Onun sayəsində yeni “MacBook Pro” qrafiklərlə öz sələflərinə nisbətən 9-13 dəfə daha sürətlə işləyir.

Yeni noutbuklar SDXC, HDMI, Thunderbolt 4, USB 4 kimi slot və portlara, həmçinin “MagSafe 3” enerji doldurma cihazına malikdir.

Yeni “MacBook Pro” noutbuku 2 ventilyatora malik soyutma sistemi ilə təchiz edilmişdir. Onun sayəsində noutbuk, hətta ən mürəkkəb tapşırıqları belə səssiz icra edir və qızışmır. Yeni “MacBook Pro” noutbukunun batareyası ayrıca diqqətə layiqdir. Belə ki, 14 düymlük modelin sahibləri 14 saatadək, 16 düymlük modelin sahibləri isə 21 saatadək video izləyə bilərlər. “MacBook Pro”nun məhsuldarlığı akkumulyatordan asılı olaraq zəifləmir. Batareyanın enerjini 50%-ə qədər yığması üçün yarım saat vaxt kifatət edir.

Əsl “Apple” pərəstişkarlarına “Apple” şirkətinin resellerlərində rəsmi satışın üstünlüklərini izah etməyə ehtiyac yoxdur. “Apple” cihazlarınızdan ideal istifadəçi təcrübəsi qazanmaq, keyfiyyətli dəstək və zəmanətdən yararlanmaq istəyirsinizsə, məhsulları əldə etmək üçün yalnız “Apple” şirkətinin rəsmi resellerlər mağazalarına müraciət edin.

Reklam hüququnda

Paylaş:
448

Son xəbərlər

Bütün xəbərlər