18 oktyabr niyə qeyri-iş günü olmur? - Əli Hüseynlidən CAVAB | 1news.az | Xəbərlər
Siyasət

18 oktyabr niyə qeyri-iş günü olmur? - Əli Hüseynlidən CAVAB

Qafar Ağayev12:40 - 29 / 10 / 2021
18 oktyabr niyə qeyri-iş günü olmur? - Əli Hüseynlidən CAVAB

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar Fazil Mustafa və Əli Məsimli 28 may Müstəqillik günü kimi 18 oktyabr - Müstəqilliyin Bərpası Gününün də qeyri-iş günü elan olmasını təklif ediblər.

1news.az xəbər verir ki, deputatların təklifinə münasibət bildirən parlament sədrinin birinci müavini Əli Hüseynli deyib ki, Əmək Məcəlləsinə təklif edilən dəyişiklik sadəcə texniki xarakterlidir, yəni bayramların adı digər qanunvericiliklərə uyğunlaşdırılıb:

“Əmək Məcəlləsində bayram günləri ifadəsi işlədilib. Komitədə bu məsələni müzakirə edəndə peşəkar hüquqşünaslar dedi ki, bu, texniki dəyişiklikdir. Amma mən bildirdim ki, bu mövzuda çıxış edənlər, populizm axtaranlar olacaq. Bizim etdiyimiz sadəcə ad dəyişikliyidir. 18 oktyabr dövlət bayramıdır”.

Müzakirələrdən sonra Əmək Məcəlləsinə təklif olunan dəyişiklik qəbul edilib.

Paylaş:
377

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər