Şahmar Mövsümov vaksinasiyadan danışdı: “Bu, ədalətsiz yanaşmadır”
“Bu gün prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunda vaksin millətçiliyi barədə fikirlərini bildirib”.
1news.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, inkişaf etmiş ölkələrdə vaksinasiya 60-70 faizə qədər çatıb.
"İnkişaf edən ölkələrin bir çoxunda isə heç 10 faizə çatmayıb. Təbii ki, bu qeyri- bərabər, ədalətsiz yanaşmadır. Bütün ölkələr birlikdə pandemiyaya qarşı mübarizədə birləşməlidilər ki, bu tezliklə bitsin" - deyə, o bildirib.
378