Malinin keçmiş baş naziri: “Ermənistanın Qarabağda törətdikləri dağıntıları fotolardan izlədim” - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Malinin keçmiş baş naziri: “Ermənistanın Qarabağda törətdikləri dağıntıları fotolardan izlədim” - FOTO

Qafar Ağayev14:36 - 05 / 11 / 2021
Malinin keçmiş baş naziri: “Ermənistanın Qarabağda törətdikləri dağıntıları fotolardan izlədim” - FOTO

"Mən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğalda saxladığı müddətdə orada törətdikləri dağıntıları fotolardan izlədim”.

1news.az xəbər verir ki, bunu Malinin keçmiş baş naziri Maussa Mara deyib.

“Biz müharibənin lazım olmadığını müzakirə etməliyilik. Sən bir məscidi, mədəniyyət abidələrini dağıdırsansa, özünü geri atmış olursan. Belə addım atmaq vandallıqdır. Bu abidələr bizim üçündür. Bu ərazilərdə dağıdılmış abidələrin tikintisinə, bərpasına ehtiyac var. Bunun üçün göstərilən təşəbbüslər təqdirə layiqdir. Düşünürəm ki, müvəffəqiyyət əldə oluncaq”.

Paylaş:
463

Son xəbərlər

Bütün xəbərlər