Viktor Yuşşenko: “Qarabağda ermənilərə məxsus məhv edilən silah-sursatın dəyəri 4 milyard dollardan artıqdır”
“Qarabağda ermənilərin 4 milyard dollardan artıq silah və texnikası məhv edildi”.
1news.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko Qlobal Bakı Forumu çərçivəsində “Şərq tərəfdaşlığı: Potensialı nədir?” mövzusunda panel müzakirələri zaman deyib.
“Bakıda Hərbi Qənimətlər Parkında siz məhv edilən hərbi texnikaları görə bilərsiniz”.
V.Yuşşenko qeyd edib ki, məhv edilən silah-sursatın dəyəri 4 milyard dollardan artıqdır: “Qarabağda ermənilərin özlərinin bu qədər vəsaiti yox idi. Orada olan silahlara baxın və görəcəksiniz ki, hər bir raket, güllə Rusiyada istehsal edilib. Bunlar hamısı Rusiyanın hərbi ixracıdı, Abxaziya və Osetiyada, bizdə də eyni vəziyyət hökm sürür. Bu sualların cavabı tapılmalıdır”.