“Azərişıq” Kəlbəcərdə gördüyü işləri yekunlaşdırmaq üzrədir – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq” Kəlbəcərdə gördüyü işləri yekunlaşdırmaq üzrədir – VİDEO

S.Xankişiyeva11:00 - 06 / 11 / 2021
“Azərişıq” Kəlbəcərdə gördüyü işləri yekunlaşdırmaq üzrədir – VİDEO

“Azərişıq” ASC-nin işğaldan azad edilən Kəlbəcər rayonunun elektrik enerjisi sistemini yenidənqurması ilə bağlı görüntülər yayılıb.

1news.az-ın verdiyi xəbərə görə, görüntülərdə Kəlbəcərdəki yolların kənarında yeni dayaqların basdırıldığı, 10 kilovotluq izolyasiyalı və mühafizə olunan kanellərin çəkildiyi göstərilir. Bunu üçün isə Səhmdar Cəmiyyətinin əməkdaşları ərazidə sovet dövründən qalmış və istifadəyə yararsız dayaqları çıxarıb ərazidən uzaqlaşdırıblar.

Həmin xətlər yeni qurulan 110/35 Kv-luq Kəlbəcər yarımstansiyasından qidalanır.

Çətin keçilən dağlıq relyefə malik olması Kəlbəcərdə energetiklərin fəaliyyətini çətinləşdirib. Belə ki, kadrlardan da göründüyü kimi rayonun Çopurlu kəndi ərazisində 35 kilovotluq xəttin çəkilişi üçün yol infrastrukturunun olmaması energetiklərə məcbur edir ki, ilk olaraq yol çəkilişini həyata keçirsinlər.

Məlumata görə, “Azərişıq” Kəlbəcərdəki işləri qarşıdakı həftələrdə tam yekunlaşdıracaq.

Xatırladaq ki, ötən il 44 günlük vətən müharibəsi nəticəsində Ermənistan baş nazirinin imzaladığı təslimçilik aktı nəticəsində 30 ilə qədər erməni işğalında qalan Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixində döyüşsüz Azərbaycana qaytarılıb.

Paylaş:
405

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər