Nazir: Növbəti ilin dövlət büdcəsində əməkhaqqı artımı üçün vəsait nəzərdə tutulub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: Növbəti ilin dövlət büdcəsində əməkhaqqı artımı üçün vəsait nəzərdə tutulub

Qafar Ağayev11:39 - 10 / 11 / 2021
Nazir: Növbəti ilin dövlət büdcəsində əməkhaqqı artımı üçün vəsait nəzərdə tutulub

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, növbəti ilin dövlət büdcəsində əməkhaqqının artırılması üçün vəsait nəzərdə tutulub.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, sosial müdafiə və sosial təminat üçün gələn ilin dövlət büdcəsindən 3 milyard manatdan çox vəsait ayrılacaq.

S.Şərifov bildirib ki, artımlar hesabına sosial sığorta yığımları da artacaq: “Eyni zamanda ölkədə qeyri-formal məşğulluğun azaldılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi sosial sığorta haqqlarının yığımına, artmasına müsbət təsir edib”.

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər