Azərbaycan deputatları Bolqarıstanda parlament seçkilərini müşahidə edəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan deputatları Bolqarıstanda parlament seçkilərini müşahidə edəcək

Qafar Ağayev17:06 - 11 / 11 / 2021
Azərbaycan deputatları Bolqarıstanda parlament seçkilərini müşahidə edəcək

Milli Məclisin deputatları Rauf Əliyev və Sabir Hacıyev Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün noyabrın 12-də bu ölkənin paytaxtı Sofiya şəhərinə səfərə yola düşəcəklər.

1news.az xəbər verir ki, deputatlar noyabrın 14-də keçiriləcək seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına və demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.

Daha sonra Milli Məclisin deputatları dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə ölkəmizin Bolqarıstandakı səfirliyinin təşkil etdiyi tədbirdə iştirak edəcəklər.

Səfər noyabrın 18-də başa çatacaq.

Paylaş:
433

Son xəbərlər

Bütün xəbərlər