Raket və artilleriya bölmələrində döyüş atışları icra edilib – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Raket və artilleriya bölmələrində döyüş atışları icra edilib – VİDEO

S.Xankişiyeva12:13 - 11 / 11 / 2021
Raket və artilleriya bölmələrində döyüş atışları icra edilib – VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışları icra edilib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarıldıqdan sonra təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.

Atəşin idarəedilməsi və digər suallar məşq etdirilərək hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib.

Bölmələr şərti düşmən hədəflərini sərrast atəşlə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Paylaş:
417

Son xəbərlər

Bütün xəbərlər