Deputat: “İlham Əliyevin Türk Şurasının ən ali ordeni ilə mükafatlandırılması çox yerinə düşdü” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “İlham Əliyevin Türk Şurasının ən ali ordeni ilə mükafatlandırılması çox yerinə düşdü”

Qafar Ağayev17:27 - 12 / 11 / 2021
Deputat: “İlham Əliyevin Türk Şurasının ən ali ordeni ilə mükafatlandırılması çox yerinə düşdü”

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni təltif edilib.

Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilib. Qərarı Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri imzalayıblar.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycanın Türk Şurasına sədrliyi zamanı Azərbaycan bu işin öhtəsindən çox uğurla gəldi.

O bildirb ki, Azərbaycan Prezidenti İlham Əliyev öz liderliyini sübut etdi.

“Türk dünyasının bir arada olması və ən çətin dövrdə pandemiya ilə mübarizədə birgə əməkdaşlıq etməsi, ən əsası da Qarabağ zəfərinin əldə olunması ilə Türk dünyasına yeni bir yol görsəndi. Azərbaycan Qarabağ Zəfəri ilə yanaşı Zəngəzur koridorunun açılması kimi çox vacib bir məsələnin həllinə nail olmaq üçün öz səylərini göstərib, üçtərəfli bəyanatda da bu müddəa öz əksinə tapıb. Ən qısa zamanda Zəngəzur dəhlizi açıqlacaq ki, bu da birbaşa olaraq Türk Dünyası, Türkdilli dövlət arasında əlaqəni təmin etmiş olacaq. Türkiyədən Azərbaycan və Xəzər dənizi vasitəsilə Orta Asiya dövlətləri bir araya gələcək. Əldə olunmuş bu zəfər həqiqətən də tək Azərbaycanı yox, bütün Türk dilində danışan dövlətlərin zəfəri, bayramı kimi qiymətləndirilməlidir. 44 günlük Vətən müharibəsinin gedişində də Türk Şurası Azərbaycana öz dəstəyini əsirgəməmiş və Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış edib”.

N.Həmzəyev bildirib ki, Azərbaycan sədrliyi Türkiyəyə verir və məhz bu məqamda Türkiyə Prezidenti tərəfindən Azərbaycan Prezidentinin Türk Şurasının ən ali ordeni ilə mükafatlandırılması çox yerinə düşdü.

“Verilən mükafat çox önəmlidir. Bu mükafat bizim üçün bir qürür, fəxrdir. Sevinirik ki, cənab Prezidentin Türk Şurası üçün xidmətləri qiymətləndirildi. Cənab Prezident çıxışında qeyd etdi ki, bu, tək ona deyil, bütün Azərbaycan xalqına verilmiş bir mükafatdır. Mən düşünürəm ki, bu digər türkdilli ölkələr üçün motivasiya olacaq, digər türkdilli dövlətlərin liderləri bu həmrəyliyin daha da güclənməsi və möhkəmlənməsi üçün birgə səyləri artıracaqlar. Yaxın dövrdə biz və xüsusilə Türkiyənin sədrliyi Türk Şurasının daha da inkişaf edəcəyini və dövlətlər arasında gömrük, tranzit, siyasi və mədəni əlaqələrin daha da inkişaf edəcəyinə şahid olacaq”.

Paylaş:
552

Son xəbərlər

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52
Bütün xəbərlər