“Bunun bütün Türk dünyası və digər ölkələr üçün əlavə fürsətlər yaradacağına inanıram” - Ceyhun Bayramov
“Azərbaycan müharibədən sonra işğaldan azad edilən ərazilərin yenidənqurma və dirçəlişi ilə bağlı işlərə başlayıb”.
1news.az xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Şurası Xarici işlər nazirləri şurasının toplantısında deyib.
“Nəqliyyat, kommunikasiya və infrastruktur layihələri bütün dövlətlərin xeyrinədir. Bunun bölgədə sülh, təhlükəsizlik və inkişafa müsbət təsir edəcəyinə, bütün Türk dünyası və digər ölkələr üçün əlavə fürsətlər yaradacağına inanıram. Çox önəmli Zəngəzur dəhlizi olmaqla, yeni kommunikasiya və nəqliyyat koridorlarının qurulması, iş birliklərini daha da gücləndirəcək və ticarət dövriyyəsini artıracaq Ortaq ölkələrin də bu fürsətləri istifadə edəcəyini ümid edirik” – deyə, nazir danışıb.