Azərbaycan Qırğızıstana 40 min doza “AstraZeneca” vaksini göndərib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Qırğızıstana 40 min doza “AstraZeneca” vaksini göndərib

S.Xankişiyeva12:02 - 12 / 11 / 2021
Azərbaycan Qırğızıstana 40 min doza “AstraZeneca” vaksini göndərib

Görüşümüzə, şəxsən tanış olmağımıza çox şadam.

1news.az-ın verdiyi xəbərə görə,bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov noyabrın 12-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Qırğızıstan və Azərbaycan qardaş ölkələrdir: "Qırğızıstanda qardaş Azərbaycan xalqının uğurlarına və nailiyyətlərinə həmişə şadıq. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan dünya arenasında beynəlxalq mövqelərini xeyli möhkəmləndirib. Ölkələrimiz arasında münasibətlər tarixin, mədəniyyətin, dilin, mənəvi və dini dəyərlərin ortaq olmasından irəli gələn möhkəm dostluq və qardaşlıq tellərinə əsaslanır.

Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında müasir dövlətlərarası münasibətlərin təməli beynəlxalq miqyaslı görkəmli şəxsiyyət, Sizin atanız Heydər Əliyev tərəfindən qoyulub. Qırğızıstanlılar Heydər Əliyevin xatirəsini ehtiramla yad edir və ölkələrimiz arasında çoxəsrlik dostluğun möhkəmlənməsinə onun tarixi töhfələrini qiymətləndirirlər".

"Fürsətdən istifadə edib, bizə 40 min doza “AstraZeneca” vaksini şəklində humanitar yardım göstərilməsinə görə Sizə təşəkkürümü bildirmək istərdim. Azərbaycan vaksin istehsalçısı olmadığı halda öz xüsusi ehtiyatlarından istifadə etməklə dəyərli jest edib. Bütün bunları dostluq və qardaşlıq təzahürü hesab edirəm. Yardıma görə Sizə bir daha təşəkkür edirəm", - S.Japarov bildirib.

Paylaş:
376

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər