Anar Eyvazov: Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Anar Eyvazov: Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır – VİDEO

S.Xankişiyeva16:02 - 16 / 11 / 2021
Anar Eyvazov: Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır – VİDEO

Son dövrdə erməni təxribatları bu gün daha da intensivləşib.

1news.az-ın verdiyi xəbərə görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin dövlət sərhəddində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.

Nazirlik rəsmisi bildirib ki, qəfil hərbi əməliyyatlara başlanılıb: "Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur".

O qeyd edib ki, xeyli sayda sursat hərbi qənimət ələ keçirilib: "Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır".

Mövzu ilə əlaqədar oxuyun:

Ermənistan hərbi bölmələri Kəlbəcər və Laçındakı döyüş postlarımıza hücum edib

Paylaş:
856

Son xəbərlər

Bütün xəbərlər