Müdafiə Nazirliyi: Qarşı tərəf təşviş içində mövqelərini tərk edir
Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi bölmələrimiz tərəfindən izlənilir.
Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir.
Ermənistan silahlı qüvvələrinin sərhədboyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır.
Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb.
Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.
“Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib.