Hulusi Akar: Türkiyə həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanındadır | 1news.az | Xəbərlər
Siyasət

Hulusi Akar: Türkiyə həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanındadır

S.Xankişiyeva09:17 - 17 / 11 / 2021
Hulusi Akar: Türkiyə həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanındadır

Noyabrın 16-da Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarla Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, general-polkovnik Zakir Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədindəki vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.

Nazir Hulusi Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

Paylaş:
582

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər