Lavrov ATƏT-in hazırkı sədri ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək | 1news.az | Xəbərlər
Siyasət

Lavrov ATƏT-in hazırkı sədri ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək

S.Xankişiyeva16:51 - 18 / 11 / 2021
Lavrov ATƏT-in hazırkı sədri ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da Moskvada ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə təşkilatın Qarabağda vəziyyətin tənzimlənməsinə yardımını müzakirə edəcək.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya XİN məlumat yayıb.

Görüş zamanı, həmçinin ATƏT-in Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrində vasitəçiliyi ilə bağlı məsələlərin müzakirəsi də nəzərdə tutulub.

Bundan başqa, ATƏT-in üzv dövlətlər üçün ümumi problem olan transmilli təhdidlər, terrorçuluq, qanunsuz narkotik dövriyyəsi, transsərhəd mütəşəkkil cinayətkarlıq, kibercinayətlər, insan alveri ilə mübarizədə rolunun artırılması məsələsi müzakirə olunacaq.

Paylaş:
429

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər