Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı: “Diqqət ortaq dəhlizin yaradılmasına yönəldilməlidir” - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı: “Diqqət ortaq dəhlizin yaradılmasına yönəldilməlidir” - MÜSAHİBƏ

10:30 - 18 / 11 / 2021
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı: “Diqqət ortaq dəhlizin yaradılmasına yönəldilməlidir” - MÜSAHİBƏ

Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu 30 illik torpaq həsrətinə son qoyub, cəmi 44 günə Zəfər tarixini yazdı.

Bu müharibə bizə kimin dostun, kimin düşmənin yanında olduğunu bir daha sübut etdi. Bu həlledici məqamda Azərbaycan-Türkiyə birliyi öz sarsılmazlığı ilə yenidən tarixə dostluq dastanını yazdı. Müharibənin ilk günündən Azərbaycanın tək olmadığını, Türkiyənin Azərbaycanın yanında olduğunu dəfələrlə bəyan edən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfərimizin, Azərbaycan Ordusunun Qələbəsinin dünyaya təqdimatı olan Zəfər paradında da ölkəmizi tək qoymadı. Birliyimizin, həmrəyliyimizin nümayişi olan Zəfər paradında inamlı və qətiyyətli çıxışıyla da dünyaya iki ölkənin dostluğunun qırılmaz zəncir kimi möhkəmliyi ilə bağlı mesaj verdi. Bu və digər məsələlərlə bağlı suallara cavab almaq üçün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşdük.

Müsahibəni təqdim edirik:

- Cahit bəy, əvvəlcə istərdim Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmliyindən danışaq. Ermənipərəst qüvvələr dəfələrlə bu möhkəmliyə kölgə salmağa çalışırlar. Sizcə niyə Türkiyə-Azərbaycan qardaşlığını qısqanırlar?

- Hamıya məlumdur ki, iki qardaş ölkə Türkiyə və Azərbaycan əlaqələrinin dərin kökləri var. Münasibətlərimizin sağlam təməllər üzərində qurulması bütün dövrlərdə özünü göstərib. Kimsə bu dostluğa kölgə sala bilməz.

- Vətən müharibəsində Türkiyə yanımızda idi. Necə ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub. Biz Qələbə qazandıq. Bu barədə nə deyə bilərsiniz?

- Qarabağın işğalı bütün Türk dünyası üçün kədərli hadisə idi. Ali Baş Komandan, Prezident İlham Əliyev və Azərbaycanın qorxmaz, yenilməz ordusu 30 illik həsrətə 44 günə son qoyaraq haqq-ədaləti bərpa etdi. Uzun müddətdir ki, işğalda olan torpaqları düşməndən təmizləyərək işğala son qoydu. Qeyd etdiyiniz kimi, Türkiyə 44 günlük Vətən müharibəsində ilk gündən Azərbaycanın yanında oldu. Prezident Rəcəb Tayyib Ərdoğan sarsılmaz duruşu, siyasi və mənəvi dəstəyi ilə bütün dünyaya qarşı Azərbaycanın yanında oldu.

- Cahit bəy Zəfəri necə qeyd etdi?

- Zəfərin ilk ildönümünü qeyd etdik. Həm Türkiyədə, həm də Azərbaycanda bu zəfərin coşqusunu gördük. Vətən müharibəsi dövründə hər kəndin azad edilməsi, hər işğaldan azad olunan şəhərdə Azərbaycan bayrağının sancılması Türkiyədə coşqu ilə qarşılanırdı.

- Siz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə də iştirak etdiniz. Hansı önəmli qərarlar verildi?

- Bəli, mənim də iştirak etdiyim Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə əlaqələrin möhkəmlənməsi üçün önəmli qərarlar verildi. Türk Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı oldu. Artıq Qarabağın işğaldan azad edilməsi təkcə Azərbaycanın zəfəri deyil, həmçinin bütün Türk dünyasının zəfəridir. Bu zəfər birliyin gücünü göstərdi.

- Bəllidir ki, Ermənistan üçtərəfli bəyanatın şərtlərini pozaraq növbəti təxribata əl atması ilə əslində bütün regionda sülhün, sabitliyin yaranmasına əngəl olur. Amma buna baxmayaraq Azərbaycan sülh istəyir. Bu istək Prezident İlham Əliyevin iştirakı ilə beynəlxalq platformalardan da dəfələrlə səsləndirilib. Sizcə, Ermənistan niyə sülh istəmir?

- Doğru qeyd etdiniz, Azərbaycan bölgədə sülhün və sabitliyin bərqərar olunmasının tərəfdarıdır. Sizin də dediyiniz kimi Azərbaycan Prezidenti dəfələrlə artıq ərazi bütövlüyünün bərpa olunduğunu, bundan sonra qonşuluq əlaqələri daxil, öncə sərhədlərin müəyyən olunması barədə danışıqların önəmini vurğulayır, eləcə də sülh haqqında çağırışlar edir. Türkiyə bu yanaşmanı dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyünü tanımaq şərti ilə sülh yanaşmasının tərəfdarıyıq.

Beynəlxalq təşkilatların, Minsk qrupunun, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzərinə düşən vəzifə Ermənistanı da sülhə səsləməkdir. Son günlər cəbhədə baş verən hadisələr üzücüdür. Bütün tərəflər, xüsusilə Türkiyə və Rusiya məsələnin sülh yolu ilə həll olunması üçün çalışdılar. Ötən axşam da atəşkəs qərarı verildi. Biz bölgəyə sülhün gəlməsini arzu edirik. Türkiyə hökuməti daim bu yöndə çalışıb və çalışacaq da. Həmçinin, diqqət ortaq dəhlizin yaradılmasına yönəldilməlidir.

- Müsahibə üçün təşəkkür cənab səfir.

- Mən də sizə minnətdaram, qoy həmişə sülh olsun!.

Paylaş:
428

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər