Ermənistan silahlı qüvvələri Tovuz istiqamətindəki mövqelərimizi atəşə tutub | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan silahlı qüvvələri Tovuz istiqamətindəki mövqelərimizi atəşə tutub

S.Xankişiyeva11:15 - 18 / 11 / 2021
Ermənistan silahlı qüvvələri Tovuz istiqamətindəki mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Paylaş:
382

Son xəbərlər

Bütün xəbərlər