Azərbaycan karateçisi dünya çempionu adını qazanıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycan karateçisi dünya çempionu adını qazanıb

S.Xankişiyeva18:02 - 20 / 11 / 2021
Azərbaycan karateçisi dünya çempionu adını qazanıb

Dubayda keçirilən karate üzrə dünya çempionatında Azərbaycan karateçisi İrina Zaretska qızıl medal qazanıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda italiyalı Silvia Semeraroya qalib gəlib.

Kumite üzrə komanda yarışında isə yığmamız bürünc medal uğrunda Özbəkistanla üz-üzə gələcək.

Qeyd edək ki, bundan əvvəl karateçimiz Asiman Qurbanlı (+84 kq) dünya çempionatında bürünc medala sahib olub. Azərbaycan çempionata 17 karateçi ilə qatılıb. Çempionata noyabrın 21-də yekun vurulacaq.

Paylaş:
594

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər