Məxfilik rejimini pozaraq sosial şəbəkələrdə paylaşım edən hərbçilər ordudan tərxis edilib | 1news.az | Xəbərlər
Siyasət

Məxfilik rejimini pozaraq sosial şəbəkələrdə paylaşım edən hərbçilər ordudan tərxis edilib

S.Xankişiyeva11:10 - 20 / 11 / 2021
Məxfilik rejimini pozaraq sosial şəbəkələrdə paylaşım edən hərbçilər ordudan tərxis edilib

Son günlər dövlət sərhədində gedən döyüş əməliyyatları ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyri-rəsmi foto və video materialların paylaşılması Müdafiə Nazirliyinin rəhbərliyinin ciddi narahatlığına səbəb olub.

Bu haqda 1news.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Azərbaycan Ordusunun komandanlığı tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məxfilik rejimini kobud şəkildə pozaraq bu kimi paylaşımları edən bir qrup hərbi qulluqçu müəyyən edilib. Həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub, onların törətdiyi əməllərə hüquqi qiymətin verilməsi üçün toplanılan materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Paylaş:
438

Son xəbərlər

Bütün xəbərlər