Hərbçilərimiz işğaldan azad olunmuş Ağdamda xidmət etməkdən qürur duyurlar – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Hərbçilərimiz işğaldan azad olunmuş Ağdamda xidmət etməkdən qürur duyurlar – FOTO

S.Xankişiyeva11:17 - 20 / 11 / 2021
Hərbçilərimiz işğaldan azad olunmuş Ağdamda xidmət etməkdən qürur duyurlar – FOTO

Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən şanlı Vətən müharibəsində xalq-dövlət-ordu birliyindən yaranan “Dəmir yumruq” düşmənə sarsıdıcı zərbə vuraraq ona əsrlər boyu unuda bilməyəcəyi ağır məğlubiyyət yaşatdı.

Müharibə dövründə döyüş meydanında ağır zərbələr alan Ermənistan silahlı qüvvələri humanizm prinsiplərini bir daha tapdayaraq hər cür çirkin addımlara əl atsa da, xalqımızın qələbə əzmi, ordumuzun rəşadəti və Müzəffər Ali Baş Komandanın qətiyyəti və sərkərdəlik məharəti şanlı Zəfəri təmin etdi. İşğalçıların illərdir sinələrinə döyərək uydurduqları “məğlubedilməz Ermənistan ordusu” mifini rəşadətli və qəhrəman Azərbaycan Ordusu cəmi 44 gün ərzində sabun köpüyü kimi havaya uçurdu. Qırx dörd günün sonunda - ötən il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu 27 illik işğaldan sonra Azərbaycana qaytarıldı.

1news.az-ın verdiyi xəbərə görə, AZƏRTAC-ın müxbirləri Vətən müharibəsində, xüsusilə Ağdam uğrunda döyüşlərdə iştirak etmiş və hazırda burada xidməti davam etdirən hərbçilərin bir neçəsi ilə həmsöhbət olublar.

Çavuş Abbas Oruclu müxbirlərimizlə söhbətində deyib: Biz artilleriya divizionu olaraq döyüşlərə Ağdam istiqamətindən qatıldıq. Məlumdur ki, döyüşdə qazanılan Zəfər, əldə edilən uğur güclü və düşünülmüş siyasətə bağlıdır. Odur ki, bu Zəfər həm qəhrəman Azərbaycan Ordusunun, həm Prezident İlham Əliyevin, həm də xalqımızın Qələbəsidir. Bizim döyüşdəki fəaliyyətimiz düşmənin başını qatmaq, onların əsas qüvvəsini Ağdam istiqamətinə cəlb edərək sarsıdıcı zərbələr endirmək idi. Bununla da bölmələrimizin cənub istiqamətində uğur qazanması üçün şərait yaratdıq. Çünki düşmən Azərbaycan Ordusunun Ağdam istiqamətindən hücum edəcəyini gözləyirdi.

Hazırda işğaldan azad olunmuş torpaqlarımızda xidmətimizi davam etdiririk. Ön xətdə xidmət etmək son dərəcə şərəfli və qürurverici hissdir. Bundan əlavə, 30 ilə yaxın müddətdə işğal altında qalan əraziləri azad etmək və burada xidməti davam etdirmək sözlə ifadə olunmayacaq qədər fərqli duyğulardır. Düşmənin bu torpaqlara bir də ayaq basmasına izn verməyəcəyik. Buna görə də daim ayıq-sayıq xidmət apararaq torpaqlarımızı mühafizə və müdafiə edəcəyik.

Çavuş Yasin Alıyev: Heç bir döyüş, heç bir Qələbə itkisiz olmur. İşğal altındakı torpaqlarımıza igidlərimizin canı-qanı bahasına bu gün ayaq basa bilirik. Vətən müharibəsi zamanı Ermənistanın xüsusi kəşfiyyat orqanları hücumun şimal istiqamətindən olacağını düşünürdülər. Onların əldə etdiyi məlumatlara əsasən, Azərbaycan Ordusu hücumu Ağdam istiqamətindən başlamalı idi. Buna görə Ermənistan ən müasir silahlarını bu mövqelərdə yerləşdirmişdi. Bu səbəbdən bizim məsuliyyətimiz çox böyük idi. Çünki biz həm Ordumuzun fərqli istiqamətdən irəliləməsinə şərait yaratmalı, həm də düşmənə göz açmağa imkan verməyib başlarını qatmalı idik. Artilleriyaçı kimi deyə bilərəm ki, bizim öhdəmizə verilmiş bu tapşırıq dəqiq icra olunmalı idi. Yuxarı komandanlıqdan və müşahidə məntəqələrindən verilən əmrləri dəqiq yerinə yetirərək düşmənin fikrini buraya yönəldə bildik. Həmin taktikaya uyğun olaraq, Azərbaycan Ordusu düşmənin gözləmədiyi istiqamətdən hücuma keçdi. Müharibənin itkisiz olmadığını da anlayırdıq. Ordumuzun arsenalında olan müasir silahlar və hərbçilərimizin iradəsi, qəlbimizdəki Vətən sevgisi Qələbəni şərtləndirən əsas amillərdən oldu.

Onu da qeyd edim ki, ən ağır döyüşlərdən biri Ağdam cəbhəsində gedib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu siyasət və yuxarı komandanlığın verdiyi doğru qərarlarla Azərbaycan Ordusu düşmənin belini qırdı. Müharibədən əvvəl Azərbaycanın sülh çağırışlarına cavab verməyən Ermənistan 44 günün sonunda kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Baş leytenant Nuhi Əliyev: Sentyabrın 27-də səhər saatlarında əks-hücuma keçmək əmri verildikdən sonra düşmən mövqelərinə ilk zərbələri endirdik. Döyüşün ilk anları həyəcanlı olsa da, sonradan daha sərbəst olmağa başladıq. Qələbənin qazanılmasında şəxsi heyət arasında mənəvi-psixoloji vəziyyətin daha yüksək olmasını xüsusilə vurğulamaq istəyirəm. Müharibədə artilleriya divizionu olaraq beş hərbçimiz şəhid oldu. Bundan sonra şəxsi heyətin qisas hissi alovlandı və daha böyük əzmkarlıqla döyüşlərə atıldıq. Düşmənin döyüşdə D-30 və minaatan batareyalarını məhv edərək onlara ciddi zərbələr vurduq. Həmçinin atəş mövqelərini susdurduq. Xoşbəxtlikdən canlı qüvvə itkimiz olmadı.

“Bu gün işğaldan azad olunmuş Ağdam rayonunda xidmət edirik. Cəbhə xəttində xidmət etmək şərəfdir. Çalışırıq ki, vəzifəmizi və bizə verilən tapşırıqları ən yüksək səviyyədə yerinə yetirək. Döyüş tapşırıqları bizim cəldliyimizdən və dəqiqliyimizdən asılıdır. Bunların hər ikisi olarsa, verilən tapşırıq bir o qədər mükəmməl yerinə yetirilər”, - deyə hərbçi bildirib.

İki ilə yaxındır Ağdam istiqamətində xidmət etdiyini vurğulayan leytenant Tofiq Cəlilli də Vətən müharibəsinin ən qanlı döyüşlərinin iştirakçısıdır. İşğaldan azad olunan ərazilərdə xidmət aparmağın həm qürurverici, həm də son dərəcə məsuliyyətli olduğunu qeyd edən cəsur zabit deyib: “Burada xidmət etdiyim üçün qürur duyuram. Bu torpaqların hər bir qarışının azad edilməsi uğrunda qəhrəman oğullarımızın son damla qanına qədər döyüşdüklərini düşündükcə məsuliyyət hissimiz daha da artır. Hazırda yeni tikilən hərbi hissədə vəzifə borcumuzu ləyaqətlə yerinə yetirməyə çalışırıq. Bunun üçün hər cür şərait yaradılıb və bölməmizin döyüş hazırlığı yüksək səviyyədədir”.

Qalib Ordunun qalib döyüşçüsü kimi azad edilmiş ərazilərdə xidmətin unudulmaz hisslər olduğunu vurğulayan kiçik çavuş İlkin Babayev fikirlərini belə ifadə edib: “İllərlə həsrətini çəkdiyimiz doğma Vətən torpağında bu gün xidmətdə olmağımız qürurverici hisslərdir. Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etmək üçün Müzəffər Ali Baş Komandanın əmrinə ən yüksək səviyyədə hazır olduğunu Vətən müharibəsinin ilk günlərindən göstərdi. Xalqımıza Qələbə sevinci yaşada bildiyimiz üçün çox xoşbəxtəm”.

Əsgər Etimad Abdullayev: Burada sosial-psixoloji və döyüş hazırlığımız yüksək səviyyədədir. Bu, bir əsgər üçün çox vacibdir. Məişət şəraitimiz və qidalanma rasionumuz da öz qaydasındadır. Həmçinin sağlamlığımızın qeydinə qalmaq üçün tibb məntəqəsi də fəaliyyət göstərir. Prezident İlham Əliyevin göstərişinə əsasən, bizim üçün yeni hərbi hissə tikilərək istifadəyə verilib. İşğaldan azad olunmuş Ağdam rayonunda xidmət etməkdən qürur duyuram.

Paylaş:
460

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər