Vüqar Bayramov: “Həmin avtomobillərin qiymətlərində azalmaların olacağı qacılmazdır” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüqar Bayramov: “Həmin avtomobillərin qiymətlərində azalmaların olacağı qacılmazdır”

Qafar Ağayev13:11 - 22 / 11 / 2021
Vüqar Bayramov: “Həmin avtomobillərin qiymətlərində azalmaların olacağı qacılmazdır”

“Gələn ildən “Vergi Məcəlləsinə” ediləcək dəyişikliklərdən biri də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının növbəti 3 ildə Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsidir”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O, bildirib ki, dəyişikliklərə əsasən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı da ƏDV-dən azad ediləcək.

“Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur.

“Gözlənilir ki, sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalmalar olacaq. Belə ki, ƏDV-dən azad olma onların xərcinin orta hesabla 18 faiz azalmasına səbəb olacaq. Hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq həmin maşınların qiymətlərində azalmaların olacağı qacılmazdır. Söhbət təbii ki, son 3 ildə istehsal olunan avtomobillərdən gedir. Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq".

"Elektrik mühərrikli avtomobillərin də vergidən azad olunması da müsbət haldır. Bu ölkəmizdə həmin avtomobillərdən istifadəyə marağı artıra bilər" - deyə, deputat əlavə edib.

Paylaş:
370

Son xəbərlər

Azərbaycan Ordusunun hüquqşünasları, təhqiqat xidmət rəislərinin iştirakı ilə təlim-metodiki toplanış keçirilibBu gün, 12:17Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVABu gün, 12:06Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 11:55“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib - FOTOBu gün, 11:27“Antiterror tədbirləri tariximizin ən mühüm hadisələrindən biridir” - Sevinc FətəliyevaBu gün, 11:17Kamaləddin Qafarov: “Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”Bu gün, 11:00Əmtəə bazarlarında qızılın qiyməti 2 600 dolları ötübBu gün, 10:39DYP yeni tədris ilinin başlanması ilə bağlı hərəkət iştirakçılarına müraciət edibBu gün, 10:21Prezident “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubBu gün, 10:07Bakı metrosunun enerjiyə qənaəti ilə bağlı hesabatı açıqlanacaq13 / 09 / 2024, 17:46Azərbaycan idmançıları Ümumdünya Köçəri Oyunlarını 7 medalla başa vurublar13 / 09 / 2024, 17:31Ölkə əhalisinin sayı açıqlandı13 / 09 / 2024, 17:20Azərbaycanda nikahların sayı azalıb13 / 09 / 2024, 17:17Mərkəzi Bankda “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” təlimi keçirilib13 / 09 / 2024, 17:08Bakı yollarında COP29 yazılı zolaq salınır13 / 09 / 2024, 16:42Bu ilin yanvar-iyul ayları ərzində doğulan əkiz və üçəmlərin sayı açıqlanıb13 / 09 / 2024, 16:35Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir - FOTO13 / 09 / 2024, 16:12Cəlilabadda ətraf mühiti zibilləyənlər məsuliyyətə cəlb olunublar13 / 09 / 2024, 16:08Günümüzdə qəbul edilən əlifbanın əsası nə zaman qoyulub?13 / 09 / 2024, 15:53Bakı metrosuna 2 yeni qatar gətirilib13 / 09 / 2024, 15:48
Bütün xəbərlər