ABŞ-da avtomobilin izdihama çırpılması nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da avtomobilin izdihama çırpılması nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb

11:58 - 22 / 11 / 2021
ABŞ-da avtomobilin izdihama çırpılması nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb

ABŞ-ın Viskonsin ştatının Uokeşa şəhərində sürücü avtomobili kütlənin üzərinə sürüb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, nəqliyyat vasitəsi Yeni il ilə bağlı tədbirə yığışan insanları əzib.

Polisin məlumatına görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 40-dan çox adam xəsarət alıb.

Polis hadisənin törədildiyi avtomobili tapıb, sürücünün şəxsiyyəti müəyyən edilib. Bu gün şəhərin məktəblərində dərs olmayacaq. Hadisə baş vermiş küçə isə istintaq bitənədək bağlı qalacaq.

1news.az

Paylaş:
403

Son xəbərlər

Bütün xəbərlər