Sevinc Fətəliyeva: “Azərbaycan beynəlxalq müstəvidə mövqelərini gücləndirməkdə davam edir” | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: “Azərbaycan beynəlxalq müstəvidə mövqelərini gücləndirməkdə davam edir”

Qafar Ağayev09:38 - 30 / 11 / 2021
Sevinc Fətəliyeva: “Azərbaycan beynəlxalq müstəvidə mövqelərini gücləndirməkdə davam edir”

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq müstəvidə mövqelərini gücləndirməkdə davam edir. Ölkəmiz İkinci Qarabağ müharibəsində qazandığı parlaq qələbə ilə regionda yeni reallıqlar yaradıb və bu reallığı dünya ölkələri tərəfindən qəbul olunmaqdadır. Bu baxımdan, İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycana verdiyi önəm xüsusi qeyd edilməlidir”.

1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan hər zaman İqtisadi Əməkdaşlıq Təşkilatının işində fəal iştirak edir və təşkilata üzv ölkələrlə sıx münasibətlərə mailkdir.

"Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan İƏT-in fəal üzvüdür və təşkilata üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik. Dövlətimizin başçısı çıxışında Zəngəzur dəhlizi ilə bağlı fikirlərini ifadə edərək vurğulayıb ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Gələcəkdə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin bu dəhlizdən istifadə edəcəkləri şübhə doğurmur. Fikrimcə, bu nəqliyyat dəhlizi bir çox ölkələrin, o cümlədən İƏT üzvü olan dövlətlərin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, mühüm iqtisadi mənfəət və siyasi dividend qazanmasını şərtləndirəcək".

Millət vəkilinin sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunmasından dərhal sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı quruculuq və yenidənqurma işlərinə başladı. Xüsusi qeyd olunmalı məqam ondan ibarətdir ki, bu işdə Azərbaycan heç kimdən maliyyə dəstəyi almadan, yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Prezident İlham Əliyev bütün işlərə şəxsən özü rəhbərlik edərək burada ən müasir texnologiyaların tətbiq olunduğunu bildirir. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji bölgələri elan edilməsi kontekstində Azərbaycan Prezidenti İƏT-də də “qurucu lider” kimi tanınır.

“Zirvə Toplantının yekun sənədində əks olunan məsələlər Azərbaycanın milli-strateji maraqlarına cavab verir və yeni mərhələdə ölkəmizin mühüm rolunu, yüksək statusunu əks etdirir. Sənəddə Azərbaycan xalqı və hökumətinin ərazilərin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilməsi isə xüsusi vurğulanmalıdır. Bu, bir daha onu göstərir ki, 44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycanın yaratdığı reallıqlar təkcə respublikamız deyil, bütövlükdə region dövlətləri və güc mərkəzləri, o cümlədən İƏT üzvü olan dövlətlər üçün önəmlidir. Çünki bu reallıqlar fonunda yeni unikal əməkdaşlıq imkanları yaranıb, regional təhlükəsizlik şəraitində formalaşdırılacaq işbirliyi platforması rifah və inkişaf gətirəcək. Digər tərəfdən, sənəddə üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. Bu isə Azərbaycanın iqtisadi əməkdaşlıq dairəsinin genişlənməsinə xidmət etməklə yanaşı, ölkəmizin funksional iqtisadiyyatının inkişaf perspektivləri ilə də bağlı müstəsna əhəmiyyət kəsb edir”, - deyə S.Fətəliyeva vurğulayıb.

Paylaş:
457

Son xəbərlər

Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58
Bütün xəbərlər