“AzerGold”un qızıl məhsullarının satışında ciddi artım qeydə alınıb - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“AzerGold”un qızıl məhsullarının satışında ciddi artım qeydə alınıb - FOTO

S.Xankişiyeva10:45 - 13 / 12 / 2021
“AzerGold”un qızıl məhsullarının satışında ciddi artım qeydə alınıb - FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyətə başladığı gündən istehlakçıların böyük marağına səbəb olan Satış və mübadilə mərkəzində 1 dekabr 2021-ci il tarixinədək, ümumilikdə 1029.2 unsiya qızılın satışı həyata keçirilib.

Nəticədə son 3 ay ərzində təkcə hədiyyə qismində deyil, sərfəli investisiya aləti kimi də istehlak olunan qızıl sikkə və külçələrin pərakəndə satışından dövriyyəyə 3.4 milyon manatdan çox vəsait cəlb edilib.

Müqayisə üçün qeyd edək ki, Səhmdar Cəmiyyət ötən ilin eyni dövründə pərakəndə satış bazarında cəmi 93.9 unsiya qızılın satışını həyata keçirmişdi. Belə ki, 2020-ci ilin sentyabr, oktyabr və noyabr aylarında onlayn sifariş və komissiya müqavilələri əsasında paytaxtda yerləşən müxtəlif satış nöqtələrində alıcılara təqdim edilən qızıl sikkə və külçələrin satışından ümumilikdə 435 min manat vəsait dövriyyəyə cəlb edilmişdi. Cari ilin eyni dövründə isə pərakəndə satışdan əldə edilən vəsait 87 faiz daha çoxdur.

Bu, 2021-ci il ərzində vergi və gömrük qanunvericiliklərinə edilən dəyişikliklər fonunda qiymətli məhsullara artan təlabətla əlaqadar olmaqla, daxili bazara yönəldilən qızılın həcminin artırılmasını labüd edib. Beləliklə, Səhmdar Cəmiyyətin hasil etdiyi qızılın bir hissəsinin daxili bazara yönəldilməsi şirkətin illik ixrac planına müəyyən qədər təsir etsə də, yeni sikkə və külçələrin istehsalı yerli pərakəndə bazarda kifayət qədər ciddi canlanmaya səbəb olub.

Xatıraladaq ki, “AzerGold” milli zərgərlik sənayesinin inkişafı istiqamətində həyata keçirilən islahatlara dəstək vermək məqsədilə cari ilin sentyabr ayında yerli qızıl xammalından istehsal edilən məhsulların ilk Satış və mübadilə mərkəzini istifadəyə verib. Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən mərkəzdə Cəmiyyətin 2019-cu ildən etibarən yerli pərakəndə bazara təqdim etdiyi 999.9 əyarlı, 5, 10, 20 qramlıq sikkə və külçələrlə yanaşı, çəkisi 1, 10 unsiya, 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr və fərqli dizaynlarda hazırlanan qızıl sikkələr satışa çıxarılıb. Mərkəzdə şirkət tərəfindən istehsal edilən məhsullar qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə ticarət olunur. Aparılmış bazar araşdırmalarına əsasən “AzerGold”un məhsulları yerli bazarda eyni kateqoriyadan olan məhsullarla müqayisədə ən sərfəli qiymətə təklif olunur.

Qeyd edək ki, satış mərkəzində məhsulların satışı ilə yanaşı həmçinin qızılın dünya birjasındakı cari qiymətinə uyğun gerialışı – mübadiləsi də təmin edilir.

Reklam hüququnda

Paylaş:
542

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər