Tələbə təqaüdləri artırıldı - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Tələbə təqaüdləri artırıldı - SƏRƏNCAM

Qafar Ağayev10:32 - 20 / 12 / 2021
Tələbə təqaüdləri artırıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamla “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 291; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 noyabr tarixli 2995 nömrəli Sərəncamı) aşağıdakı dəyişikliklər edilib:

Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüdün məbləği 300 manatdan 360 manatadək, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüdün məbləği 180 manatdan 216 manata qədər artırılıb.

Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

adlı təqaüd alan tələbələrə verilən təqaüdün məbləği 170 manatdan 204 manatadək artırılıb.

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 145 manatdan 174 manatadək,

akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 120 manatdan 144 manatadək,

akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 80 manatdan 96 manatdək artırılıb.

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 130 manatdan 156 manatdək,

akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 110 manatdan 132 manatadək,

akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manatadək artırılıb.

orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manatadək,

akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 60 manatdan 72 manatadək,

akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 50 manatdan 60 manatadək artırılıb.

Peşə təhsili müəssisələrində:

akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manatadək,

akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 60 manatdan 72 manatdək,

akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 50 manatdan 60 manatdək artırılıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Paylaş:
440

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər