Bu qərar Azərbaycan və Bosniya və Herseqovina arasında əməkdaşlığı inkişaf etdirəcək
Azərbaycan və Bosniya və Herseqovinada qarşılıqlı səfirliklərin açılması barədə qərar ölkələr arasında əməkdaşlığı daha da inkişaf etdirəcək.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, turist səyahətlərinin artırılması da əlaqələri möhkəmləndirə bilər.
"İqtisadi əlaqələrin vəziyyəti bizi qane etmir. Fiziki məsafələr bu əlaqələrin genişlənməsinə mane olmamalıdır", - nazir deyib.
304