Nazir: “Azərbaycanla İran arasında gərginlik qısa müddət ərzində aradan qalxdı” | 1news.az | Xəbərlər
Siyasət

Nazir: “Azərbaycanla İran arasında gərginlik qısa müddət ərzində aradan qalxdı”

Qafar Ağayev12:31 - 27 / 12 / 2021
Nazir: “Azərbaycanla İran arasında gərginlik qısa müddət ərzində aradan qalxdı”

"İran XİN başçısı Azərbaycana ilk rəsmi səfərini etdi. Lakin daha əvvəl də bizim iranlı nazirlə üç görüşümüz olub”.

1news.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, iranlı həmkarı ilə baş tutmuş görüşlərdə ölkələr arasında münasibətlərin inkişafı müzakirə edilib: “Bir müddət əvvəl iki ölkə arasında gərginlik, müəyyən anlaşılmazlıqlar oldu, lakin bu, qısa müddət ərzində aradan qalxdı. Aşqabadda İran və Azərbaycan dövlət başçıların səmimi görüşü oldu, geniş spektirli məsələlər müzakirə olundu. Bakı görüşündə siyasi məsləhətləşmələrin ən azı 6 aydan bir keçirilməsi barədə razılıq əldə olundu. İran və Azərbaycan XİN sözçüləri arasında kommunikasiya yaradılması barədə razılıq əldə edilib. Eyni zamanda, iqtisadi layihələr və onların reallaşması barədə fikir mübadiləsi apardıq. Bunların bəziləri artıq həyata keçirilməkdə olan layihələrdir ki, biz onların daha intensivləşdirilməsi barədə razılıq əldə etdik. Astara çayı üzərində avtomobil və piyada körpüsünün tikintisi, Rusiya-Azərbaycan-İran dəhlizi ilə bağlı işlərin intensivləşdirilməsi, enerji sistemlərinin inteqrasiyası və s. Həmçinin yeni layihələr - Türkmənistan qazının İran üzərindən nəqli, İran-Azərbaycan-Gürcüstan dəhlizi üzrə işlərin sürətləndirilməsi müzakirə olundu”.

XİN başçısı qeyd edib ki, yaxın zamanlarda Hökumətlərarası İqtisadi Komissiyanın iclası keçiriləcək və yeni yol xəritəsi hazırlanacaq ki, bu da ölkələr üçün vacibdir.

Paylaş:
318

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər