AQTA “Dönər market”dəki zəhərlənmənin səbəblərini açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTA “Dönər market”dəki zəhərlənmənin səbəblərini açıqlayıb

S.Xankişiyeva15:03 - 30 / 12 / 2021
AQTA “Dönər market”dəki zəhərlənmənin səbəblərini açıqlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2021-ci il 12 dekabr tarixində Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli, 104 ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Davud Kərim oğluna məxsus “Dönər market” ictimai iaşə müəssisəsində baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı aparılan yoxlamanın nəticələrini açıqlayıb.

1news.az-a AQTA-dan bildirilib ki, baş vermiş hadisə ilə bağlı məlumat daxil olan kimi, dərhal Agentliyin mütəxəssisləri tərəfindən hadisənin başvermə səbəblərinin araşdırılması məqsədi ilə zərərçəkənlərdən və qeyd olunan ictimai iaşə müəssisəsindən zəruri məlumatlar toplanıb və nümunələr götürülərək AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilib.

Laborator müayinələr nəticəsində nümunələrdə bağırsaq çöpləri, proteus və klostridilər aşkar edilib. Yəni, məhsullar emal prossesində ikincili çirklənməyə məruz qalıb. İşçi heyət tərəfindən gigiyenik norma və qaydalara, dezinfeksiya rejiminə, həmçinin şəxsi gigiyena qaydalarına əməl olunmaması nəticəsində həm qida məhsullarında, həm də avadanlıqlarda bağırsaq mənşəli mikroflora olan bağırsaq çöpləri və proteus ilə çirklənmə baş vermişdir. Bu fakt bir daha qida məhsullarının emalı zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmasının əhəmiyyətini göstərir. Qeyd olunan mikrofloranın qida məhsulları ilə orqanizmə daxil olması ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı, halsızlıq, ishal və s. təzahürlərlə özünü göstərə bilər.

Həmçinin aparılan araşdırmalar zamanı “Dönər market” ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi aşkar olunub.

Yoxlama zamanı müəssisədə çalışan işçilərin dövri tibbi müayinədən keçmədən fəaliyyət göstərməsi, zərərvericilərə qarşı mübarizə tədbirlərinin (dezinfeksiya, dezinseksiya və deratizasiya) aparılmaması müəyyən edilib.

Hadisəyə hüquqi qiymətin verilməsi üçün aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunub.

Qeyd edək ki, paytaxtın Nəsimi rayonu, metronun "28 May" stansiyasının yaxınlığında yerləşən dönərxanada hazırlanan dönərdən 8 nəfər zəhərlənmişdi.

Mövzu ilə əlaqədar oxuyun:

8 nəfərin zəhərləndiyi dönərxana bağlandı - FOTO

Daxili İşlər Nazirliyi dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladı

AQTA Bakıda kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb

Paylaş:
773

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər