Yaponiyada güclü qar səbəbindən onlarla aviareys təxirə salınıb | 1news.az | Xəbərlər
Dünya

Yaponiyada güclü qar səbəbindən onlarla aviareys təxirə salınıb

14:48 - 31 / 12 / 2021
Yaponiyada güclü qar səbəbindən onlarla aviareys təxirə salınıb

Yaponiyanın bir sıra prefekturalarında yağan güclü qar səbəbindən 40-a yaxın daxili reysi təxirə salınıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, uçuş cədvəlində dəyişikliklər əsasən Tokio, Niigata və Toyama şəhərləri arasındakı reysləri əhatə edir.

Sinoptiklər yaxın 24 saat ərzində Niiqatada 80 sm-ə qədər qar yağacağını proqnozlaşdırırlar. Naqanoda qar örtüyünün hündürlüyü 60 sm olacaq. Qarın yağması 25 m/s-ə çatan güclü küləklə müşayiət olunur.

Bununla əlaqədar müvafiq qurumlar yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.

1news.az

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər