Böyük Çin səddinin bir hissəsi zəlzələ nəticəsində uçub | 1news.az | Xəbərlər
Dünya

Böyük Çin səddinin bir hissəsi zəlzələ nəticəsində uçub

09:05 - 10 / 01 / 2022
Böyük Çin səddinin bir hissəsi zəlzələ nəticəsində uçub

Çinin Tsinhay əyalətində zəlzələ nəticəsində Böyük Çin səddinin iki metlik hissəsi uçub.

1news.az-ın məlumatına görə, bu barədə "Global Times" qəzeti xəbər verir.

Məlumata əsasən, hadisə yanvarın 7-si Qansu əyalətində qeydə alınan 6,9 bal gücündə zəlzələ nəticəsində baş verib.

Divarın uçan hissəsi Min İmperiyası dövrünə (1368-1644) aiddir.

Bildirilir ki, Böyük Çin səddinin uçan hissəsində təmir və bərpa işləri başlanılıb.

Xatırladaq ki, təbii fəlakət nəticəsində 9 nəfər xəsarət alıb, onlardan 8-i artıq xəstəxanadan evə buraxılıblar.

1news.az

Paylaş:
345

Son xəbərlər

Bütün xəbərlər