Azərbaycanda ötən ilin dekabrında gündəlik xam neft hasilatı 597,1 min barel olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda ötən ilin dekabrında gündəlik xam neft hasilatı 597,1 min barel olub

Qafar Ağayev14:57 - 12 / 01 / 2022
Azərbaycanda ötən ilin dekabrında gündəlik xam neft hasilatı 597,1 min barel olub

Ötən ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 717,6 min barel olub.

Energetika Nazirliyindən 1news.az-a bildirilib ki, bunun 597,1 min barelini xam neft, 120,5 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 22-ci iclasında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyinin dekabrda gündəlik 64 min barel təşkil edəcəyi, gündəlik xam neft hasilatını isə noyabr ayı ilə müqayisədə 7 min barel artırmaqla 654 min barel həcmində saxlaması nəzərdə tutulurdu.

Nazirlərin 23-cü iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq 661 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barel həcmində olması nəzərdə tutulur.

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər