Daşınmaz əmlak bazarında vəziyyət – Vasitəçilər qiymətlərə necə təsir edir? | 1news.az | Xəbərlər
İqtisadiyyat

Daşınmaz əmlak bazarında vəziyyət – Vasitəçilər qiymətlərə necə təsir edir?

Qafar Ağayev10:22 - 12 / 01 / 2022
Daşınmaz əmlak bazarında vəziyyət – Vasitəçilər qiymətlərə necə təsir edir?

“Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlərdə artım var”.

Bunu 1news.az-a açıqlamasında Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O, bildirib ki, ümumi göstəricidə, bazarın orta qiymətində ötən ilin müvafiq dövrü ilə müqayisədə mənzillərin qiymətində 2,5 faiz artım müşahidə olunub.

“Son 1 ayı göstəricilərinə nəzər salsaq, qiymətlər stabildir. Yəni, hal-hazırda bazar üçün xarakterik olmayan bir tendensiya müşahidə olunur. Passivlik indiki mərhələdə qiymət artımının qarşısını alır, təsir göstərir. Qiymət artımları daha çox yeni tikililərdə müşahidə olunur. Yəni köhnə tikililərlə müqayisədə yeni tikililərin qiymətlərində daha çox artım olur. Belə ümumi göstəricilərdə rəqəmlərə baxsaq, mənzil bazarı üzrə son 1 ildə əvvəlki illərlə müqayisədə müəyyən artımlar var. Alqı-satqı əməliyyatlarının sayında da artım müşahidə olunur”.

Kirayə mənzil bazarında vəziyyət

R.Osmanlı deyib ki, kirayə mənzil bazarında dinamikanın dəyişməsi daha çox yay və payız mövsümü aralığında nəzərə çarpır.

“Son iki ildə isə pandemiya ilə əlaqədar qeyd etdiyimiz tendensiya aradan qalxıb. Bu əsas universitetlərdə təhsil ilə bağlı idi, iyunda tələbələr Bakıdan qayıdırdılar, avqustun ortalarında isə Bakıya gəlirdilər. Son iki ildə qeyd etdiyimiz istiqamətdə ciddi dəyişikliklər müşahidə olundu, demək olar ki, tələbə axını baş vermədi. İndi kirayə mənzil bazarında qiymətdə artım müşahidə olunmasa da, azalma da müşahidə olunmur. Qiymətlər sabitdir, təqribən pandemiyadan əvvəlki dövrlə müqayisədə qiymətlərdə artım var”.

İpotekaya artan maraq

Ekspert bildirib ki, ipotekaya maraq getdikcə çoxalır.

“Rəqəmlərin təhlili göstərir ki, ipotekaya maraq artan templə davam edir. Pandemiya şərtlərində bu istiqamətlər üzrə müəyyən dəyişikliklər müşahidə olundu. Bir müddət İpoteka Fondunun özünün də fəaliyyətində dayanmalar oldu. Bu tendensiyaları nəzərə alsaq, hesab edirəm ki, ümumilikdə ipoteka kreditlərində son bir neçə ildə artım dinamikası müşahidə olunmaqdadır. Bu, özünü verilən ipotekaların sayında və ümumi rəqəmlərdə də göstərir”.

Vasitətəçilərin qiymətlərə təsiri

“Vasitəçilər əmlak bazarında qiymətlərə necə təsir edir?” sualına cavab verən R.Osmanlı deyib ki, bazarda qiymətləri bilavasitə təyin edənlər rieltorlar deyil.

“Müəyyən sperkulyasiya halları olur, bu hər bir zaman bazarda müşahidə olunan haldır. Bu sperkulyasiyanın bütövlükdə bazardakı qiymətlərə ciddi təsiri və qiymətlərin məhz sperkulyantlar tərəfindən müəyyən olunması, bazara ötürülməsi fikri ilə razı deyiləmm. Bəli, sperkulyasiyalar mövcuddur və təəssüflər olsun ki, bu hallarla mübarizə də ciddi bir nəticə vermir. Çünki bununla bağlı məsuliyyət yaradan normalar yoxdur. Sperkulyasiya ilə məşğul olan şəxslər bundan arxayın olurlar və özləri istədikləri kimi ictimaiyyətə yalan informasiyalar ötürürlər. Məsələn, saytda və ya sosial şəbəkədə ucuz qiymətə ev qoyurlar, sonra müştəri zəng edir, deyirlər ki, həmin mənzil satılıb, başqa mənzillər təqdim edirlər”.

Paylaş:
1184

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər